25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Forum keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Forum keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda Forum keçirilib.

Xidmətdən verilən məlumata görə, tədbirdə dövlət və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, ticarət palataları və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, məhz Ümummilli Lider 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirib. Qeyd edilib ki, Ulu öndərin müdrik siyasəti əsasında həyata keçirilən tədbirlərin nəticəsi olaraq azad bazar iqtisadiyyatının təşəkkül tapması ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, özəl sektora dövlət dəstəyi gücləndirilib, azad rəqabət mühiti təmin edilmiş və əhalinin sosial rifahı daha da yaxşılaşdırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli milli iqtisadiyyatının inkişafı və ölkənin iqtisadi qüdrətinin artırılmasında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlardan bəhs edib. Qeyd olunub ki, Ulu öndərin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz ardıcıl, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesi başa çatdırılıb. Eyni zamanda, iqtisadi sahədə islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübə əsasında Rəqabət Məcəlləsi layihəsinin hazırlandığı xüsusi vurğulanıb.

Tədbir “Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sistemində sahibkarlıq subyektlərinin rolu” mövzusunda panel müzakirəsi ilə davam etdirilib. Müzakirə zamanı istehlakçı hüquqlarının müdafiəsində sahibkarların, xüsusilə mikro, kiçik və orta biznes subyektlərinin rolunun artırılmasının zəruriliyi vurğulanıb. Həmçinin istehlakçı məmnuniyyətinin əldə edilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən müraciətlərin qəbulu sisteminin təkmilləşdirilməsi, sahibkar-istehlakçı münasibətlərinin inkişafında beynəlxalq təcrübələrin tətbiqi imkanları, istehlakçı şikayətlərinin həllində assosiasiyaların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?