14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi keçirilib

Uşaqlar arasında “Heydər Əliyev - 100 il”  müsabiqəsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqları üçün maarifləndirici-əyləncəli tədbir keçirib.

Uşaqlar üçün təşkil olunan nahardan sonra ümummilli lider Heydər Əliyevlə bağlı təqdimat nümayiş etdirilib. Təqdimatdan sonra viktorina keçirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sualları düzgün cavablandıran 5 şagirdə hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi də təşkil edilib. Müsabiqə zamanı Heydər Əliyev Mərkəzinin şəkli əks olunmuş lövhəni ən tez tamamlayan 15 nəfərə hədiyyələr verilib.

Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri, təmsil etdikləri məktəbə isə ümummilli lider Heydər Əliyev haqqında kitab təqdim olunub.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?