25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasına start verilib

“Vergilər” mövzusunda ümumrespublika olimpiadasına start verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasına start verilib.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, 11-12 və 16 may tarixlərində Bakı və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində keçirilən yarışın birinci mərhələsində ölkənin 22 universitetindən 492 tələbə iştirak edib.

Olimpiada, seçim və yekun turdan ibarət olmaqla, iki mərhələdə keçirilir. İlkin mərhələdə tələbələr təqdim olunmuş sualları test imtahanı formatında cavablandırmaqla vergilər mövzusunda öz bilik və bacarıqlarını sınayıblar. Olimpiadanın seçim turu mərhələsi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun hazırlanıb və təqdim edilmiş test sualları əsasında aparılıb. Bu mərhələdə hər universitetdən 50 baldan yuxarı ən yüksək nəticə göstərən 5 nəfər uğur qazanaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.

Seçim turunda uğur qazanan namizədlər iyun ayında Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinə səfər edəcək və orada final mərhələsində yarışacaqlar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd “Heydər Əliyev ili”ndə ali təhsil müəssisələrinin tələbələri arasında vergitutma sahəsində biliklərin aşılanması, habelə vergi sahəsinə marağın artırılmasıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?