11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda iqtisadi inkişafın təməl prinsipləri Ulu Öndərin adı ilə bağlıdır

  • 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadi sahədə də çox ciddi problemlər yaşayırdı;

  • 1993-1996-cı illərdə Heydər Əliyevin əldə etdiyi əsas nəticələr Azərbaycan iqtisadiyyatını sabitləşdirmək oldu;

  • Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun müstəqil Azərbaycanı necə görmək istədiyi həyata keçirdiyi tədbirlərdən görünürdü.

1969-1982-ci illərdə sovet Azərbaycanına, 1993-2003-cü illərdə isə müstəqil dövlətimizə rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ölkə iqtisadiyyatında genişmiqyaslı islahatlar aparılıb, sənaye sahələrinin inkişaf etdirilməsinə, səmərəli ticari-iqtisadi əlaqələrin qurulmasına, milli neft strategiyasının uğurla reallaşdırılmasına nail olunub. Ulu Öndərin qətiyyətli iradəsi və bacarığı sayəsində Azərbaycan iqtisadiyyatındakı gerilik qısa müddətdə aradan qaldırılıb və ölkənin sürətli iqtisadi inkişafına qədəm qoyulub.

vergiler.az” ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatındakı rolu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişilinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri Ədalət Muradovun fikirlərini paylaşır.

1992-ci ildə dövriyyəyə buraxılmış Azərbaycan manatı cəmi bir il ərzində
ABŞ dollarına nisbətdə məzənnəsini 242 dəfə itirmişdi. Əhalinin yoxsulluq
həddi 70 faizə gəlib çatmışdı. Bütün iqtisadi münasibətlər pozulmuş,
dövlət mülkiyyəti tamamilə dağılmış və bu səbəblərdən, hətta Azərbaycanın öz
müstəqilliyini qoruya biləcəyi ciddi sual altında qalmışdı. Məhz belə bir şəraitdə
yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin
qarşısında ilk baxışdan həlli mümkün görünməyən vəzifələr dayanmışdı

“Heydər Əliyev Azərbaycanda bazar iqtisadiyyatına keçidin əsasını qoydu”

Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də çox ciddi problemlər yaşayırdı: “Həmin dövrdə Azərbaycan 1700 faizlik inflyasiya ilə üz-üzə qalmışdı. 1992-ci ildə dövriyyəyə buraxılmış Azərbaycan manatı cəmi bir il ərzində ABŞ dollarına nisbətdə məzənnəsini 242 dəfə itirmişdi. Əhalinin yoxsulluq həddi 70 faizə gəlib çatmışdı. Bütün iqtisadi münasibətlər pozulmuş, dövlət mülkiyyəti tamamilə dağılmış və bu səbəblərdən, hətta Azərbaycanın öz müstəqilliyini qoruya biləcəyi ciddi sual altında qalmışdı. Məhz belə bir şəraitdə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında ilk baxışdan həlli mümkün görünməyən vəzifələr dayanmışdı. Ən mühüm vəzifələrdən biri də iqtisadiyyatın hansı formada bərpa edilə bilməsi idi. Maraqlıdır ki, uzun illər Azərbaycanda inzibati amirlik sisteminin mövcud olduğu sovet iqtisadiyyatını qurmaqla məşğul olan bu görkəmli şəxsiyyət tamamilə əks istiqamətdə – ölkədə liberal bazar iqtisadiyyatının qurulması üçün mübarizə aparmalı idi. Lakin qısa bir zaman kəsiyində bu çətin vəzifəsinin öhdəsindən uğurla gələn Heydər Əliyevin, əksəriyyətin gözləmədiyi halda, bazar iqtisadiyyatına keçidi prioritet elan etməsi onun bu sahəni kifayət qədər yaxşı bilməsini və Azərbaycanın bu yolda dönməz olduğunu deməyə əsas verirdi”.

1996-2003-cü illərdə Azərbaycan iqtisadiyyatında bazar
iqtisadiyyatına keçidlə bağlı qanunvericilik bazasında təkmilləşdirmələr
aparıldı, dövlət idarəetməsində ciddi islahatlar həyata keçirildi

T.Mirkişili əlavə edib ki, 1993-96-cı illərdə Heydər Əliyevin əldə etdiyi əsas nəticələr Azərbaycan iqtisadiyyatını sabitləşdirmək oldu və bununla da ölkə iqtisadiyyatında bugünkü inkişafın bünövrəsinin qoyulmasına başlanıldı. 1996-2003-cü illərdə Azərbaycan iqtisadiyyatında bazar iqtisadiyyatına keçidlə bağlı qanunvericilik bazasında təkmilləşdirmələr aparıldı, dövlət idarəetməsində ciddi islahatlar həyata keçirildi. Bu məqsədlə 1998-ci ildə yaradılmış Dövlət Komissiyasının əsas işi keçid dövrü ərzində ölkədə bütün idarəetmə sistemini dəyişmək oldu: “1996-2003-cü illərdə dövlət başçısının diqqət yetirdiyi ən mühüm sahələrdən biri məhz vergi siyasəti idi. O zaman Azərbaycan iqtisadiyyatında əsas amillərdən biri vergilərin vaxtında və tam şəkildə büdcəyə cəlb olunması, bu sahədə hüquqi və inzibatı sistemin formalaşdırılması idi. Vergi sistemində müxtəlif formalarda qanunlar mövcud olsa da, müəyyən dövrdən sonra qanunvericiliyin artıq köhnəldiyi və günün tələblərinə cavab vermədiyi özünü büruzə verirdi. Məhz belə bir şəraitdə - 2000-ci ildə qəbul olunmuş Vergi Məcəlləsi Azərbaycanda vergi siyasətinin tamamilə yenidən formalaşmasına imkan yaratdı. Yeni Vergi Məcəlləsində vergilərin sayı 15-dən 9-a, mənfəət vergisi 35 faizdən 22 faizə, sosial ayırmalar üzrə ödənişlərin faizi 40-dan 29-a endirildi. Bütün bunlar, əlbəttə ki, Azərbaycan vətəndaşına olan qayğının ən bariz nümunələrindəndir”.

“Ulu Öndərin uzaqgörən iqtisadi siyasəti tezliklə öz bəhrəsini verdi”

UNEC-in rektoru Ədalət Muradovun sözlərinə görə, Heydər Əliyev SSRİ-nin rəhbər şəxslərindən biri olsa da, Sovet İttifaqının bazasının möhkəm olmadığını bilirdi: “Onun sonrakı illərdəki fəaliyyətinə diqqət yetirdikdə belə bir nəticəyə gələ bilirik ki, Heydər Əliyevin sovetlər dövründə yüksək vəzifədə fəaliyyəti sanki Azərbaycanın öz müstəqilliyinə qovuşmasına hazırlıq idi. Hələ 1980-ci illərdə, Sovet İttifaqının güclü bir dövründə Ulu Öndər Mərkəzi Komitənin plenumunda milli gəlirin formalaşmış bölgüsündə ədalətsizliyin olduğunu səsləndirib. O, bununla demək istəyirdi ki, Azərbaycan iqtisadi baxımdan heç də SSRİ-dən asılı deyil, çünki respublika öz resursları hesabına külli miqdarda gəlir əldə etsə də, bundan daha çox mərkəzi hakimiyyət bəhrələnir, özü isə cüzi səviyyədə faydalana bilir. Ümummilli Lider bu faktı əsas gətirərək həm də tələb edirdi ki, Azərbaycanda yeni sənaye sahələrinin yaradılması üçün respublikaya mərkəzi büdcədən daha çox vəsait ayrılmalıdır”.

, Heydər Əliyevin sovetlər dövründə yüksək vəzifədə fəaliyyəti
sanki Azərbaycanın öz müstəqilliyinə qovuşmasına hazırlıq idi

Ə.Muradov bildirir ki, Ulu Öndərin sovet dövründə qaldırdığı digər məsələ Azərbaycanda fəaliyyət göstərən, amma tabeçiliyi Moskvada olan müəssisələrin sayının çox olması idi və o, həmin müəssisələrin bir qisminin yerli tabeçiliyə verilməsini tələb edrdi: “Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra onun müstəqil Azərbaycanı necə görmək istədiyini həyata keçirdiyi tədbirlərdən görürük. Həmin dövrdə Azərbaycan sanki dövlətçilik xüsusiyyətlərinə malik olmayan adi coğrafi bir məkan idi. Ən böyük problem onda idi ki, o zaman ölkənin bazar iqtisadiyyatına transformasiya edilə biləcək vahid bir modeli mövcud deyildi. Məsələ ondadır ki, Azərbaycan neft ölkəsidir və çox az istisna ilə demək olar ki, neft çıxaran ölkələrin taleyi, adətən, acınacaqlı olub və xüsusən kiçik ölkələr bu baxımdan daha çox problemlərlə üz-üzə qalıblar. Bəs belə olan halda, Heydər Əliyevin Azərbaycanda tətbiq etdiyi və bu gün hər birimizin bəhrəsini gördüyümüz uğurlu neft strategiyasının mahiyyəti nə idi? Bəli, Ulu Öndər mahir idarəedici kimi bilirdi ki, iqtisadi siyasətin bu və ya digər tətbiqi bir-biri ilə ziddiyyət təşkil edə bilər və onu aradan qaldırmaq, mövcud maliyyə, insan və digər məhdud resurslardan daha səmərəli istifadə etmək üçün kompleksli, ciddi elmi və praktiki yanaşma tələb olunur”.

Məhz o dövrdə Ulu Öndərin imzaladığı 30-a yaxın dövlət proqramı
sayəsində Azərbaycanda mövcud resursların böyük hədəflərin əldə
edilməsi istiqamətində uğurlu transformasiyası əldə olundu

Rektor vurğulayır ki, məhz o dövrdə Ulu Öndərin imzaladığı 30-a yaxın dövlət proqramı sayəsində Azərbaycanda mövcud resursların böyük hədəflərin əldə edilməsi istiqamətində uğurlu transformasiyası əldə olundu. Nəticədə ölkədə qısa müddətdə qiymətlər liberallaşdırılmaqla sabitləşdi və arzuolunan səviyyəyə endi. Bununla da bazar iqtisadiyyatının əsas mexanizmi - tələb-təklif mexanizmi işə düşdü, özəlləşdirmə prosesinə başlanıldı, istehsalın nəticəsinə görə məsuliyyət dövlətdən istehsalçıya keçdi. Bazarda nəyin satılmasını və ya istehsal edilməsini artıq istehsalçı yox, istehlakçı özü müəyyən etdi. Bunun sayəsində sahibkarlıq institutu formalaşdı, torpaq öz sahibinə - kəndliyə qaytarıldı. Təkcə MDB-də deyil, bütün Şərq aləmində analoqu olmayan cəsarətli bir addım atılaraq, 1,4 milyon hektardan çox torpaq sahəsi kəndlilərə paylandı, 2200-dən çox kolxoz və sovxoz öz fəaliyyətini dayandırdı”.

İqtisadçı alimin sözlərinə görə, xarici investisiyaların və onunla birlikdə Qərb idarəetməsinin Azərbaycana gətirilməsi Heydər Əliyevin tətbiq etdiyi strategiyanın əsas prinsiplərindən idi. Məhz onun uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanda hasil edilən neftin dünya bazarına çıxarılması yolları diversifikasiya edildi və bundan sonra xarici investorların ölkəmizə iqtisadi marağının əsası qoyuldu: “Ulu Öndərin fəaliyyətinin mərkəzində duran əsas hədəf isə Azərbaycan xalqının rifahı idi. Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə orta aylıq əməkhaqqı 5,6 dəfə, orta aylıq pensiya 73 dəfə artırıldı. Qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 7 qanun, 18 fərman və sərəncam imzalandı, Nazirlər Kabinetinin 49 qərar və sərəncamı qəbul edildi. Bunun nəticəsində 1996-cı ildən etibarən Azərbaycanda iqtisadi artım bərpa olundu”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?