25 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya dövründə gəlir və mənfəət vergisinin hesablanması

Pandemiya dövrü ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fərdi sahibkarlar və hüquqi şəxslər Məcəllənin 224.1.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir və mənfəət vergisindən azaddır. Bundan əlavə, əmlak və torpaq vergiləri üçün də güzəşt müəyyənləşdirilib. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişiklikləri nəzərə almaqla sahibkarlıq subyekti olan fərdi sahibkarların və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən vergilərin hesablanması, eləcə də sahibkarlıq fəaliyyətində istifadə etdikləri əmlak və torpaq üçün ödəməli olduqları vergilərin hesablanması qaydasını müəyyən etməkdir. Vergi Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinə pandemiya dövrü ilə əlaqədar nəzərdə tutulan güzəştlər 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir.

Misal 1: Gəlir vergisi ödəyicisi olan fərdi sahibkarın 2020-ci ildə mehmanxana xidmətindən ümumi illik gəliri 70.000 manat, bu fəaliyyətə aid olan xərci isə 20.000 manatdır. Bu hal üçün verginin hesablanmasını nəzərdən keçirək.

Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, mehmanxana fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün fərdi sahibkarın Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ var. Bunun üçün də fərdi sahibkar ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərci çıxdıqdan sonra qalan 50.000 manat (70.000 – 20.000 = 50.000 manat) gəliri ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin gəlirə 75 faiz güzəşt tətbiq etməklə alınan 37.500 manat (50.000 x 75% = 37.500 manat) məbləğ arasındakı fərqdən – 12.500 manatdan (50.000 – 37.500 = 12.500 manat) 2500 manat (12.500 x 20% = 2500 manat ) gəlir vergisi hesablayacaqdır.

Misal 2: İşçilərinin sayı 8 nəfər olan hüquqi şəxsin 2020-ci ildə sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və mühasibat üzrə ixtisasartırma kursu keçməkdən əldə etdiyi ümumi illik gəliri 90.000 manat, xərci isə 30.000 manatdır. Bu halda verginin hesablanmasına baxaq.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna görə də sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və mühasibat üzrə ixtisasartırma kursu xidməti göstərən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, ixtisasartırma kurslarının fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün hüquqi şəxsin Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ var. Bunun üçün də hüquqi şəxsin ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərci çıxdıqdan sonra qalan 60.000 manat (90.000 – 30.000 = 60.000 manat) mənfəəti ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin mənfəətə 75 faiz güzəşt tətbiq etməklə alınan 45.000 manat (60.000 x 75% = 45.000 manat) məbləğ arasındakı fərqdən, yəni 15.000 manatdan (60.000 – 45.000 = 15.000 manat) hüquqi şəxs 3.000 manat (15.000 x 20% = 3.000 manat ) mənfəət vergisi hesablayacaqdır.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirən fərdi sahibkarlar və hüquqi şəxslər 2020-ci ildə əmlak və torpaq vergisini tam məbləğdə ödəməkdən azad ediliblər.

Fəxriyyə İKRAMQIZI

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi