9 Avqust 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib.

Mərkəzi Bankdan bildirilib ki, bu gün ölkəmizdə mövcud olan Milli Ödəniş Sistemi infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq.

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılıb və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, "Müştəridən müştəriyə") tipli ödənişlərin həyata keçirilməsi təmin olunub. AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcək. AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın həcminin əhəmiyyətli azalmasına və yekunda nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcək.

Ekspert RəyiCari vergiləri hesablayarkən nələrə diqqət yetirilməlidir? Ekspert RəyiVergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı qarşıya çıxan məsələlər VergiƏsas vəsaitlərin təmirinə çəkilən xərclər hansı qaydada gəlirdən çıxıla bilər? Ekspert RəyiFiziki şəxslərin əməkhaqqından gəlir vergisinin tutulması İqtisadiyyatSahibkarlığa dövlət dəstəyi davam etdirilir VergiVergi islahatları sağlam və rəqabətli biznes mühitinə dəstək verir VergiVergi islahatları: şəffaflıq, dürüstlük, hesabatlılıq VergiSəmərəli vergi siyasəti vergi daxilolmalarının artımına zəmin yaradır VergiƏmlakı icarəyə verən hüquqi şəxsin hansı vergi öhdəlikləri yaranır? İqtisadiyyatAzərbaycan sulfat turşusu və şüşə taralar ixrac edəcək