12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların yeni davranış qaydalarına əməl etməsi zərurətə çevrilir

Dünya düzənini dəyişməklə özü ilə bir çox ciddi məhdudlaşmalar gətirən pandemiya, bütün sahələr kimi, iqtisadiyyata da mənfi təsir göstərməkdə davam edir. İstehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olan məhdudiyyətlər nəticəsində itkilərin, o cümlədən iqtisadi fəallığın azalması isə təbii ki, yeni davranış modelinin tətbiqini zərurətə çevirir.

Yeni davranış modelinin sərgilənməsi istər əhali, istərsə də dövlət və özəl sektorun itkilərə məruz qalmasının qarşısını almağa xidmət etməlidir. Başqa sözlə, indi pandemiyanın zərərli təsirlərinə məruz qalan və sərt karantin tədbirlərinin tətbiqi ilə fəaliyyəti məhdudlaşdırılan sahibkarlıq subyektlərinin qarşısında iki yol dayanır: ya köhnə, pandemiyaya qədərki qaydalarla yaşamaq və işləmək, başqa sözlə desək, təbii olaraq itirməyə davam etmək, ya da biznesin xilası üçün yeni qaydalara uyğunlaşmaq. Artıq elə bir vəziyyət yaranıb ki, hamımızın vahid bir məkanda olduğumuzu unutmamaq və gələcək həyat tərzimizi yeni davranış qaydaları üzərində qurmaq bizim üçün xilas formulu rolunu oynaya bilər. Bu formul isə çox sadədir: burada hər kəsdən yalnız məsuliyyətlilik və riayət edilməsi əsla çətin olmayan qaydalara uyğunlaşmaq tələb edilir. Unutmaq olmaz ki, ticarət, ictimai iaşə və xidmət obyektlərinin yeni qaydalara mümkün qədər tez vərdiş etməsi onlar üçün normal biznesə daha tez qayıdış deməkdir. Bəzi sahibkarların qaydalara riayət etməməsi isə yaxşı heç nə vəd etmir. Əksinə, bu, ümumi iqtisadi fəallığa mənfi təsir edərək daha böyük iqtisadi itkilərə yol açır. Bu mənada, yeni davranış qaydaları iqtisadi itkilərin daha tez və effektiv surətdə aradan qaldırılması üçün də vacibdir.

Aydındır ki, pandemiya dünya ölkələri üçün yeni və acı bir reallıqdır. Lakin əsl uzaqgörənlik, hətta acı reallıqda belə, qazanılmış təcrübədən düzgün nəticə çıxarmağı sevir. Bu baxımdan, ölkəmiz çox da uzağa getmədən qardaş Türkiyənin pandemiyanın iqtisadiyyata zərərli təsirləri ilə mübarizə təcrübəsindən yararlana bilər. Bu təcrübənin effektinin sirri onun birbaşa sosial məsuliyyətə əsaslanmasıdır. Üstəlik, istər vətəndaşlar, istərsə də sahibkarlıq subyektləri bu məsuliyyəti bölüşməkdən çəkinmirlər. Hətta sahibkarlar məsuliyyətin böyük hissəsini öz üzərlərinə götürür, bununla da iqtisadi fəallığı qorumağın vacibliyini sözdə yox, məhz əməldə sərgiləyirlər. Çünki türk iş adamlarından birinin dediyi kimi, "indi hər kəs düzəni dəyişdirəcək bir dönəm yaşayır, bu pandemiya vətəndaşların davranışını dəyişməkdədir və dəyişəcək".

Yuxarıda da qeyd etdiyimiz kimi, bu dönəmdə tələb olunanlar çox sadədir və bu, Türkiyə nümunəsindən də aydın görünür. Məsələn, qardaş ölkədə alış-veriş sahəsində fiziki məsafə birmənalı olaraq qorunur. Müştəri ilə işləyən hər kəs fərdi qoruyucu vasitələrdən istifadə edir. Kassaların qarşısında sosial məsafə və dezinfeksiya vasitələrindən istifadəyə xüsusi diqqət yetirilir. Artıq "1,5 metrlik məsafə" anlayışı sosial normaya çevrilib. Ən əsası isə odur ki, sahibkarlar yeni davranış modelinin faydasına inanırlar. Çünki əksər türk iş adamları hesab edirlər ki, bu, bir döyüşdür, onlar ölkənin gələcəyi naminə ön cəbhədə vuruşurlar və bu gözəgörünməz qüvvəylə müharibədə qələbə üçün hər bir şəxsdən məhz sosial məsuliyyət tələb olunur. Hətta iş vaxtının tənzimlənməsində belə məsuliyyət hissi unudulmur. Belə ki, ticarət obyektlərinin iş saatı dəyişdirilməklə müştəri sıxlığı da nizamlanır. Xüsusi önləyici tədbirlər görülməklə obyekt daxilində sıxlıq olduqda müştərilərə xəbərdarlıq edilir. Başqa sözlə, ticarət obyektlərinə girişdə növbəlilik və fiziki məsafənin saxlanılmasının təmin olunmasına xüsusi diqqət yetirilir ki, bu da məhz yeni davranış qaydalarının əsas tələblərindəndir.

İnanırıq ki, öz sosial məsuliyyətini aydın dərk edən Azərbaycan sahibkarları da tezliklə ən yaxşı təcrübələrdən faydalanmaqla ölkə iqtisadiyyatının normal ahənginin bərpasına töhfələrini verəcəklər. Bunun üçün sahibkarlarımızın həm yetərincə məsuliyyət hissi, həm də iqtisadiyyata dayaq durmaq əzminin olduğu heç kəsdə şübhə doğurmur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?