16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı və Azərbaycan hökuməti arasında "Məşğulluğa Dəstək Layihəsi" üzrə kredit sazişi imzalanıb

Özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyan layihə 22 min işsiz şəxsin kiçik biznesə yiyələnməsini təmin edəcək

Dünya Bankı və Azərbaycan hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb.

Mühüm sosial-iqtisadi önəm kəsb edən bu layihənin hazırlanması və imzalanması Prezident İlham Əliyevin 2019-cu ilin yanvarın 22-də Davos Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşü zamanı özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair əldə olunmuş razılığın nəticəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin həmin proqrama cəlb edilərək onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasını nəzərdə tutur.

2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Onlara ilk növbədə “Öz biznesini başlat və təkmilləşdir” adlı təlimlərdə müvafiq bilik və bacarıqlar öyrədiləcək. Sonra isə həmin şəxslər natura formasında aktivlərlə təmin olunaraq kiçik müəssisələrinin yaradılması və kiçik biznesə yiyələnmələri təmin olunacaq.

Qeyd edilən 22 min şəxsdən 2 min nəfərinin 2020-ci il üzrə təlimlərə cəlb edilməsi və aktivlərlə təminatı planlaşdırılır. Ümumilikdə isə bu göstərici də daxil olmaqla, 2020-ci il ərzində Azərbaycanda 12 min nəfərin özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılacaq. Layihənin sonrakı 4 ilinin hər birində 5 min şəxsin proqrama cəlb edilməsi planlaşdırılır.

Layihədə özünüməşğulluq proqramının icrası sahəsində innovativ həll yollarının tətbiqi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi, ünvanlı sosial yardımdan özünüməşğulluğa keçid strategiyasının hazırlanması da nəzərdə tutulur. Eyni zamanda, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi (o cümlədən əmək bazarının qiymətləndirilməsi, Peşə Təlim Mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı strategiyanın hazırlanması, işaxtaranların məlumatlandırılması və s.), layihənin idarə edilməsi, monitorinq və qiymətləndirilməsi də layihənin əsas komponentləridir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?