25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“KOB könüllüləri”ndən fermerlərə dəstək

“KOB könüllüləri”ndən fermerlərə dəstək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatında məhsul yığımına başlanılıb. 10 ha ərazidə yerləşən lavanda təsərrüfatında məhsul biçininə KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də dəstək göstəriblər.

Lavanda təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülərə təsərrüfat və lavandadan hazırlanacaq məhsullar barədə ətraflı məlumat verilib. Könüllülər lavanda biçinində iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, həmçinin bu sahənin inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, ölkənin 20-yə yaxın şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin könüllüləri məhsul yığımı dövründə müxtəlif təsərrüfatlarda olacaq, sahibkarlardan praktik biliklər öyrənməklə yanaşı, məhsul yığımı prosesində də iştirak edəcəklər.

Məlumat üçün: KOBİA tərəfindən Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması