16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət, xidmət və istehsal obyektlərində növbəti monitorinqlər keçirilib

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 20-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Arzu market”də, “Dönər-bura”da, Kərim Manafova məxsus “Zərgərlik emalatxanası”nda, Yasamal rayonunda “Xəzər mebel”də, “Salıoğlu” mağazasında, Xətai rayonunda Amalya Əlimovaya məxsus “Oyuncaq mağazası”nda, Asif Şahnəzərova məxsus “Çay evi”ndə, Səbail rayonunda “Breno mağaza”da, Mirkamran Salahova məxsus “Bərbər” xidmət obyektində, Sabunçu rayonunda “Samir market”də, Cəlil Əmirəhmədova məxsus “Xırdavat” mağazasında, Nizami rayonunda “Ləzzət dönər”də, “Çinarlı kafe”də, “Kafe dostlar”da, Elşən Mirzəyevə məxsus “Şaurma”da, Aydın Məmmədova məxsus “Ət mağazası”nda, Rizvan İsgəndərova məxsus “Market”də, Gəncə şəhərində “Elit Kosmetika” mağazasında, "Lider M" MMC-yə məxsus “Merkuriy” xidmet obyektində, Lənkəran rayonunda “Limon Market”də, “Ruslan Market”də, İlham İbayevə məxsus “Ərzaq mağazası”nda, Şamaxı rayonunda “Yarpaq Dönər”də, “Sarvan Market”də, Zərbalı Qədirova məxsus “Avtoehtiyyat hissələrinin satışı”, Fərid İskəndərova məxsus “Qapı satışı” mağazalarında, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, “Sədərək Ucuzluq” qarışıq mallar mağazasında, Bərdə rayonunda “Eurolux” elektronika mallarının satışı mağazasında, Xaçmaz rayonunda "Quba təndiri" çörək istehsalı müəssisəsində, Sabir Quliyevə məxsus “Un mağazası”nda, ümumilikdə monitorinq keçirilmiş 309 obyektdən 137-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, zəruri qayda və tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 22-dək monitorinq keçirilmiş 7855 sahibkarlıq subyektindən 3422-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?