20 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ay istehlak qiymətləri indeksi 99,5 faiz olub

Mayda istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 99,5 faiz, yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,9 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi bu ilin may ayında aprel ayı ilə müqayisədə 99,9 faiz, cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,2 faiz təşkil edib.

Bu ilin mayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 98,7 faiz, cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 105,5 faiz olub. Mayda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 100,1 faiz, bu ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,2 faiz təşkil edib. May ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 100 faiz, cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101 faiz olub.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?