24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 15,5 faiz artıb

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 15,5 faiz artıb

Ölkədə əmtəəlik təbii qaz hasilatı 15,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-may aylarında 15,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 62 faizi mədənçıxarma sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalıb, əmtəəlik qaz istehsalı isə 15,5 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz artıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?