14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştlər biznes mühitinin qorunmasına yönəldilib

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərər trliyon dollarlarla ölçülür. Elə bir ölkə tapılmaz ki, onun iqtisadiyyatı bu pandemiyanın yaratdığı təlatümlərdən hər hansı bir formada kənarda qala bilsin.

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan iqtisadiyyatı, onun maliyyə sektoru da bu fonda ciddi çətinliklərlə müşahidə olunan bir dönəm yaşayır: "Bütün çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatının, xüsusilə də onun real sektorunun fəaliyyəti postpandemiya dövrünə qədər qorunub saxlanılmalıdır. Bu səbəbdən də dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da hökumət iqtisadiyyatın və onun özəyini təşkil edən özəl sektorun yaranmış şəraitdəki minimal fəaliyyətini təmin etməyə çalışır. Bağlanan, sıradan çıxan hər hansı müəssisənin sonradan normal fəaliyyətini bərpa etmək olduqca çətindir. Elə bu səbəbdən də hökumət yaranmış vəziyyətdə biznesin maksimum qorunmasını təmin edə biləcək addımlar atır.

Dövlət tərəfindən görülən təsirli tədbirlər sırasında Vergi Məcəlləsində edilmiş dəyişikliklər xüsusi qeyd olunmalıdır. Ayrı-ayrı vergi növləri üzrə vergi yükünün azaldılması istiqamətində müəyyən olunmuş güzəştlər, vergi tətilləri və digər yumşalmalar sahibkara real dəstəkdir və postpandemiya dövründə sahibkarların fəaliyyətinin daha tez bərpa olunmasına xidmət edir".

Fəxriyyə İKRAMQIZI

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?