24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir

Zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyinin iyunun 4-də keçirdiyi növbəti monitorinqlərdə Suraxanı rayonunda “Fəqan” mağazasında, “Kafe çayka” ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus “Avto ehtiyat hissələri” mağazasında, Quba rayonunda "Grand Market”də, "İnşaat Aksesuarları" mağazasında, "Dokta-2019" aptekində, "Yüksəl" restoranında, Ağcabədi rayonunda “Unversam”, “FM İnşaat” mağazalarında, “Market” pərakəndə ticarət obyektində, “Dönər” ictimai iaşə obyektində, Oğuz rayonunda “Kafe-Çay evi” ictimai iaşə obyektində, “Aytən” gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda “Oba Market”də, Sahib Quliyevə məxsus “Bərbərxana”da, Goranboy rayonunda “El Market”də, Bokt MMC-yə məxsus “Asel kredit”də, Cəlilabad rayonunda “İnşaat malları mağazası”nda, “Rəmzi market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Aptek Zeytun 8”də, “Gəncə Çörək sexi”ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 4-dək 3535 sahibkarlıq subyektində monitorinq keçirilib və 1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması