12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Postpandemiya dövründə iqtisadiyyatın yeni inkişaf meyillərinə təsir edəcək amillər

Dünyada koronavirus epidemiyasının yayılması və dünya bazarlarında neftin qiymətinin kəskin enməsi hökumətləri daha operativ və təxirəsalınmaz tədbirlər görməyə sövq etmişdir. Azərbaycan dövlətinin vətəndaşların sağlamlığını qorumaq və iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyanın qarşısını almaq üçün atdığı addımlar hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir.

Pandemiyadan sonrakı dövrdə iqtisadi inkişafın təmin olunması ilə bağlı "vergiler.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyacaq: "Bunun alternativi yoxdur. İqtisadiyyatımız son 5 ildə ikinci dəfədir ki, dünya bazarlarında neftin qiymətinin birdən-birə kəskin ucuzlaşması səbəbindən şok yaşayır. Buna görə də qeyri-neft sektorunun ikirəqəmli artım sürətini təmin edə biləcək və hər bir müddəası real sektorun üstün inkişafına xidmət edəcək xüsusi proqram hazırlanmalıdır.

Ölkənin bütün regionlarında kiçik və orta müəssisələrin yaradılmasını əhatə edəcək dövlət proqramının maliyyə təminatı üçün valyuta ehtiyatlarımızdan istifadə etmək lazımdır.

İkinci yol ölkə iqtisadiyyatına xarici investisiyaları maksimum cəlb etməkdən keçir. Xarici investisiyaların kütləvi axını o zaman mümkün ola bilər ki, investor bu yatırımlardan daha çox qazanc əldə edə bilsin. Bunun üçün xarici və yerli kapitalla qurulacaq istehsal təyinatlı müəssisələrə 10 il müddətinə böyük güzəştlər vermək olar. Lakin burada yerli müəssisələrin rəqabətqabiliyyətli olmasını təmin edə biləcək zəruri addımlar nəzərdə tutulmalıdır.

Üçüncü yol bankların üzünü real sektora çevirməkdir. Bu gün bank sektoru iqtisadiyyatın real sektorunu, demək olar ki, kreditləşdirmir. İqtisadiyyatın qeyri-neft sənayesi, kənd təsərrüfatı və tikinti sektorunun kredit yükü bir neçə dəfə azalıb və tendensiyanın qısa zamanda aradan qaldırılması lazımdır. Biznesin maliyyə əlçatanlığı olmasa, indiyə qədər qəbul etdiyimiz və bundan sonra qəbul edəcəyimiz qərarların, proqramların gerçək nəticələr verməsi çətindir".

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?