10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan üçün postpandemiya dövründə qeyri-leqal iqtisadiyyatın payının azaldılması prioritet istiqamətlərdən olacaq

Son illər həyata keçirilən dərinləşmiş islahatlar kölgə iqtisadiyyatının payının minimumlaşdırılmasına və iqtisadiyyatda şəffaflığın genişləndirilməsinə xidmət edib. Bu da qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradıb.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Nəzərə alsaq ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 21,3 faiz artıb. Bu, 4 milyard manatlıq daxilolma deməkdir. Eyni zamanda, qeyri-rəsmi məşğulluğun azalması istiqamətində fəaliyyət genişlənib. Ötən il 153 min yeni əmək müqaviləsi bağlanıb ki, onlardan 99 mini özəl sektorun payına düşüb. Bütövlükdə, son beş ildə 172 mindən çox əmək müqaviləsi bağlanıb”, - deyə o bildirib.
Pandemiya dövründə dövlət və özəl sektorda çalışan vətəndaşlarımıza dövlət tərəfindən birbaşa dəstəyin göstərildiyini deyən V.Bayramov qeyd edib ki, bu müddətdə hər iki sektorda çalışan 1 milyon 660 min vətəndaşın məşğulluğun qorunub saxlanması və onların işsizlik riskinin qorunması üçün dövlət tərəfindən maliyyə yardımı həyata keçirilib. Bu da pandemiyanın həmin vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, bu müddətdə sahibkarlar üçün güzəştli kredit paketi artırılıb, eləcə də subsidiyalar verilib. Bu da sahibkarların həm birbaşa, həm də dolayı dəstəkdən istifadəsi imkanı deməkdir. Azərbaycanda həyata keçirilən dəstək paketinin digər strateji özəlliyi ondan ibarət idi ki, qeyri-rəsmi məşğulluqda çalışan vətəndaşlarımız da bu dövlət dəstəyindən yararlana bilib. Belə ki, ölkə başçısının tapşırığı ilə 600 min vətəndaşa 190 manat birdəfəlik yardım verilib. Bu vətəndaşların bir qismi kölgə iqtisadiyyatında çalışanlar idi. İşsiz, qeyri-rəsmi məşğulluqda çalışan və muzdla işləyən vətəndaşlarımıza dövlət dəstəyi bir daha ondan xəbər verir ki, Azərbaycan üçün postpandemiya dövründə iqtisadiyyatın “ağarması”, qeyri-leqal iqtisadiyyatın payının azaldılması prioritet istiqamətlərdən biri olacaq. Bu baxımdan postpandemiya dövründə biznesin də dövlətin həyata keçirdiyi siyasətə birbaşa dəstək olması və iqtisadiyyatın şəffaflığı istiqamətində aparılan islahatları daha yaxından dəstəkləməsi vacibdir. Pandemiya dövründə dövlət vətəndaşların, sahibkarların yanında oldu, onlara dəstək nümayiş etdirdi. Bu dövrdə sahibkarların qeyri-rəsmi məşğulluğun miqyasının minimumlaşdırılması, gizli iqtisadiyyatın payının azaldılması ilə bağlı islahatlara və təşəbbüslərə dəstək olması və daha şəffaf fəaliyyət göstərməsi önəmlidir. Dövlət-vətəndaş həmrəyliyi kölgə iqtisadiyyatından, qeyri-leqal iqtisadiyyatdan leqal iqtisadiyyat tam çıxışı təmin edəcək. Bu da imkan verəcək ki, pandemiya dövründə müşahidə edilən həmrəylik postpandemiya dövründə də biznesin bu islahatlara dəstəyi formasında müşahidə olunsun. Bu da təbii ki, biznes daxil olmaqla cəmiyyətin böyük dəstəyi ilə postpandemiya dövründə də islahatlara davam edəcəyindən xəbər verir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?