24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan hansı ölkələrə daha çox məhsul satır?

Azərbaycan hansı ölkələrə daha çox məhsul satır?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin siyahısı açıqlanıb. Qeyd olunur ki, ötən il respublikamızdan Rusiya Federasiyasına 619,2 milyon, Türkiyəyə 344,9 milyon, İsveçrəyə 135,4 milyon, Gürcüstana 124,5 milyon, Qazaxıstana 44,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib. Əvvəki illə müqayisədə ötən il Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 18 faiz, Qazaxıstana 36 faiz artıb. İsveçrə və Gürcüstana isə ixrac, müvafiq olaraq, 6 faiz və 10 faiz azalıb. 2018-ci il ərzində Azərbaycan xarici ölkələrə ümumilikdə 1 milyard 689 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu, 2017-ci illə müqayisədə 151 milyon dollar və ya 10 faiz çoxdur.

Ötən ilin dekabrında qeyri-neft sektoru üzrə ixrac 157 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycandan qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında birinci yeri Rusiya (63,8 milyon dollar) tutur. Siyahıda ikinci yerdə Türkiyə (23,6 milyon dollar), üçüncü yerdə İsveçrə (12,2 milyon dollar), dördüncü yerdə Gürcüstan (7,4 milyon dollar), beşinci yerdə isə İran (5,4 milyon dollar) qərarlaşıb.

Elxan SALAHOV

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?