16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan hökuməti pandemiyanın sığorta şirkətlərinə təsirini azaltmaq istiqamətində fəaliyyətini genişləndirib

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Pandemiyanın qlobal iqtisadiyyata öz təsirini göstərdiyini deyən deputat qeyd edib ki, bu sahələrdən biri də sığorta bazarıdır. Azərbaycan hökuməti pandemiyanın təsirlərinin minimumlaşdırılması ilə bağlı tədbirlər həyata keçirir: “Nəzərə alsaq ki, Mərkəzi Bank tərəfindən təsdiq olunan tədbirlər planında pandemiyanın sığorta bazarına təsirinin minimumlaşdırılması 4 mühüm istiqamətdən biri kimi qruplaşdırılıb. Bu, sığorta bazarı, sığorta şirkətləri üçün daha əlverişli imkanların yaradılması, eyni zamanda, güzəştlərin tətbiq edilməsi ilə pandemiyanın sığorta bazarına təsirini minimumlaşdırmaq məqsədi daşıyır. Təbii ki, Azərbaycanda xüsusən aqrar sığortanın dövlət tərəfindən birbaşa dəstəklənməsi həyata keçirilib. Bu istiqamətdə aparılan işlər son dövrlərdə daha da gücləndirilib”.

"Təbii ki, pandemiya iqtisadiyyata təsirsiz ötüşmür. Bu, əsasən sığorta ödənişlərində, sığorta fəaliyyətlərində də təsirini göstərir. Azərbaycan hökuməti pandemiyanın sığorta şirkətlərinə təsirini azaltmaq istiqamətində fəaliyyətini genişləndirib. Nəzərə alsaq ki, bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi də müşahidə olunur. Sığorta sektoru Azərbaycan üçün pandemiyanın təsirlərinin minimumlaşdırılması baxımından prioritet sahələrdən biridir. Həm Azərbaycan hökuməti, həm də Mərkəzi Bank tərəfindən pandemiyanın sığorta bazarına təsirlərini minimumlaşdırmaqla bağlı kompleks addımlar atılır", - deyə V.Bayramov diqqətə çatdırıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?