2 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdır

Mərkəzi Bankın qərarına əsasən, uçot dərəcəsi 7,25 faiz və faiz dəhlizinin aşağı həddi 6,75 faiz səviyyəsində dəyişməz saxlanılmaqla, faiz dəhlizinin yuxarı həddi 9 faizdən 8 faizə endirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu qərarı şərh edib.

O bildirib ki, faiz dərəcələri dəhlizinin maksimal həddi birgünlük vəsaitlərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsini müəyyən edir: “Beləliklə, Mərkəzi Bank vəsaitləri 1 faiz ucuz yerləşdirməklə bazarda orta faiz dərəcəsini aşağı salmaq və ucuz likvidliklə təminetmək niyyəti barədə siqnal verir. Çünki banklararası pul bazarında faiz dərəcələri artırdı ki, bu da nəticə etibarı ilə kreditlərin bahalaşmasına gətirib çıxara bilərdi. Başqa tərəfdən isə, banklarası bazarda pulun bahalaşması yığımın artırılması üçün siqnaldır ki, bunu hələlik reallıqda görmək mümkün deyil.”

V.Qasımlının sözlərinə görə, pul bazasının təkcə bu ilin mart-aprel aylarında 2 milyard manatdan çox və ya 17 faiz daralması manatla faizlərin yüksəlməsinə rəvac verir: “Manatla nağd pul kütləsinin və bank ehtiyatlarının azalması, kredit resurslarını məhdudlaşdırır və faizlərə artırıcı təsir göstərir. Eyni zamanda, pul multiplikatoru – bank sisteminin pul yaratmaq qabiliyyəti aşağı düşür. Banklarası REPO bazarındada orta faiz bu ilin mart-aprel aylarında iki dəfəyə yaxın yüksəlib. Buna görə də faiz dəhlizinin maksimal həddinin aşağı endirilməsi faizlərə cilovlayıcı təsir bağışlayacaq.”

O hesab edir ki, tədiyə balansında yaranmış kəsir fonunda investisiya fəallığının artırılması üçün faiz dərəcələrinin aşağı salınması arzuolunandır. Ucuz və əlverişli maliyyələşmə mənbələrinin olması böhranla mübarizədə əsas şərtdir.

V.Qasımlının deyib ki, tədiyə balansının kəsirinin yaranması uçot dərəcəsinin aşağı düşməsinə imkan vermir: “Bir yandan bizə ucuz maliyyə lazım olduğu kimi, digər tərəfdən də manatın sabitliyini qorumaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini aşağı salmaq olmur. Beləliklə, faiz dəhlizi parametrləri makro iqtisadiyyat üçün tarazlaşdırıcı olmalıdır. İndiki halda prioritet maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması və real sektorun maliyyələşdirilməsidir”.

İİTKM-in rəhbərinin fikrincə, Mərkəzi Bankın bundan əvvəlki qərarı ilə faiz dərəcələri dəhlizinin minimal həddi, yəni birgünlük vəsaitlərin cəlb olunma (REPO) faiz dərəcəsidə yüksəldilib: “Hazırda faiz dərəcəsi dəhlizi son bir ildə ən dar çərçivədədir, çünki mütəmadi olaraq dəhlizin yuxarı həddi azalır və aşağı həddi isə yüksəlir, bir sözlə, bir-birinə yaxınlaşdırılır. Məsələn, bir il öncə faiz dərəcəsi dəhlizinin aşağı və yuxarı hədləri 4 faiz fərqlənirdisə, indi bu göstərici 1,25 faizə enib. Təqdirəlayiq haldır ki, parallel olaraq kredit və depozit faizləri arasında spreddə kiçilir”.

V.Qasımlı bildirib ki, birgünlük vəsaitlərin cəlbi və yerləşdirməsini ehtiva edən faiz dəhlizinin aşağı və yuxarı hədləri vasitəsilə Mərkəzi Bank bazarda likvidliyi çevik tənzimləyə bilir: “Bütün dünyada olduğu kimi, bizim Mərkəzi Bank da çalışır ki, onun təklif etdiyi faiz dəhlizi ilə orta bazar faizi arasında spred kiçilsin və transmissiya gücü artsın. Bu məqamda Azərbaycanda da beynəlxalq metodikaya uyğun orta bazar faizini – bençmarkı müəyyənləşdirmək yerinə düşərdi. Çünki bu alət istinad nöqtəsi olmaqla pul bazarında faizlərin müəyyənləşdirilməsində və monetar siyasətdə istifadə oluna bilər. Banklararası qısa müddətli faiz dərəcəsini təqdim etmək üçün Avrozonada EONIA, Rusiyada RUONIA və Qazaxıstanda TONIA kimi indekslərdən istifadə olunur”.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?