24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Uçot dərəcələri aşağı salınıb

Uçot dərəcələri aşağı salınıb

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2018-ci ilin yekunları və həmin dövr ərzində həyata keçirilmiş işlərlə bağlı məlumat verərək bildirib ki, ötən il başlıca vəzifə Azərbaycanda makroiqtisadi sabitliyi dayanıqlı hala keçirmək olub: "Bütün proqnozlar makroiqtisadi sabitlik və inflyasiyanın aşağı salınması prosesinə yönəldilib. Makroiqtisadi baxımdan inflyasiyanın aşağı olması əhalinin istehlak xərclərinin artması, real gəlirləri hesabına bütövlükdə iqtisadi artıma dəstək verən ən mühüm amillərdən biridir. Bu il makroiqtisadi sabitliyi təmin etmək üçün kifayət qədər resurs mövcuddur. Mərkəzi Bankın siyasəti aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası əsasında qurulub".

E.Rüstəmov onu da qeyd edib ki, hazırda manatın məzənnəsi üçün heç bir təhlükə yoxdur və Mərkəzi Bank uçot dərəcəsini 0,5 faiz ucuzlaşdırmaq haqqında qərar qəbul edib. İri nominallı pulların dövriyyədə olmamasına münasibət bildirən sədr bunu həmin əskinasların rəsmi dövriyyədən kənarda qalması ilə izah edib: "Daha dəqiq bilmək istəsəniz, nağd pul kütləsi böyük həcmdə "kölgə iqtisadiyyatı"nın əlindədir. Banklarda onu dəyişə bilmirlər, çünki bu gün banklarda ciddi qaydalar və normativ sənədlər var. Ona görə də 200 manatlıq əskinaslar dövriyyəyə biz düşündüyümüzdən az daxil olur".

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?