13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fermerlər təminatsız mikrokreditləri necə və nə vaxtdan əldə edəcəklər?

Aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması məqsədilə girovsuz mikrokreditlərin verilməsi mexanizmi hazırlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, fermerlərin maliyyə əldə etməsinin asanlaşdırılması məqsədilə mikrokreditlərin həcmi 15 min manatadək artırılıb və tələb olunan sənədlərin sayı azaldılıb: "Artıq nəinki banklar, eləcə də maliyyə vəziyyəti sağlam olan bank olmayan kredit təşkilatları da bu prosesə qoşulurlar və onların siyahısı Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) saytında yerləşdirilib. Fermerlərdən minimal sənəd tələblərimiz var, xüsusilə mikrokreditlər üçün sənədləşmə bir az da sadələşdirilib. Fermerlər sadəcə banka öz şəxsiyyət vəsiqələrini təqdim edirlər, banklar yerindəcə onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə qeydiyyata alınmış torpaq sahələri və təsərrüfatları haqqında məlumatları əldə edirlər. Fermerlərin hər hansı torpaq sənədləri gətirməsinə ehtiyac yoxdur. Əlavə olaraq, banklar fermerlərin kredit tarixçəsi haqqında müvafiq elektron sistemlərdən çıxarışlar əldə edir və fermerlərin qazancları barədə kiçik arayış hazırlanıb elektron qaydada AKİA-ya təqdim edilir.

Fermerlərin kredit almaq imkanlarının asanlaşdırılması üçün dövlət zəmanətinin də tətbiq olunması nəzərdə tutulur. Lakin, bu o demək deyil ki, fermerlər girovun olmadığı vəziyyətdə krediti götürüb qaytarmayacaqlar. Təbii ki, kreditləri qaytarmaq hər bir fermerin fərdi məsuliyyətidir, borcu vaxtında qaytarmaq lazımdır ki, vəsaitlərdən digər fermerlər də yararlana bilsinlər.

Biz artıq bir neçə müvəkkil kredit təşkilatı vasitəsilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı olan fermerlərə müraciət etmişik. Yaxın günlərdə kreditlərin verilməsinə başlayacağıq. AKİA tərəfindən bütün tənzimləmələr hazırlanıb və banklar da bu prosesə hazırlıqlarını tamamlayıblar".

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?