15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın dayanıqlı enerji təminatı yaradılıb

Bir vaxtlar Azərbaycan elektrik enerjisini idxal edir, nəinki bölgələrdə, hətta paytaxt Bakıda da elektrik enerjisi fasilələrlə verilirdi.  Hazırda Azərbaycanın dayanıqlı enerji təminatı yaradılıb. Son 16 il ərzində ölkədə 30-dan çox yeni stansiya tikilib. Bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı. Prezident İlham Əliyevin "Azərenerji" ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışını etməsi dövlətin bu sahəyə verdiyi önəmi bir daha göstərdi.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, hazırda ölkədə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir və bunun nəticəsində Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac edir. Rəqəmlər onu göstərir ki, hazırda Azərbaycanın ehtiyatda ən azı 1000 meqavat generasiya gücü var: "Son illər enerji sektoruna yönəldilən investisiyalar elektrik enerjisi istehsalının genişlənməsinə, bu sahədə texnologiyanın yenilənməsinə imkan verib. Elektrik enerjisi ixrac edən ölkələrdən biri kimi Azərbaycanın hədəfi ondan ibarətdir ki, elektrik enerjisi ixracatının genişləndirilməsi ilə daha çox valyuta cəlb edilsin.

Azərbaycanın mövcud potensialının daha çox elektrik enerjisi istehsalı üçün zəmin yaratdığını nəzərə alsaq, bu potensialdan istifadə olunması, infrastrukturun inkişafı növbəti dövrlərdə də Azərbaycanın daha çox elektrik enerjisi ixrac etməsinə imkan verəcək. Eyni zamanda, Azərbaycan enerjinin əldə edilməsində ənənəvi mənbələrin azaldılması, alternativ enerji mənəbələrindən daha çox istifadə olunması siyasəti yürüdür. Xüsusilə günəş və külək enerjisi istehsalı üçün ölkəmizin geniş potensialı var. 2030-cu ilə qədər enerjiyə olan tələbin 1/3 hissəsinin alternativ enerji mənbələri hesabına ödənilməsi istiqamətində addımlar atılır ki, bu da Azərbaycanın enerji xəritəsinin dəyişməsinə, eləcə də ixrac imkanlarının genişlənməsinə zəmin yaradacaq".

Səbuhi TURAN

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?