7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayında 84,5 min artım qeydə alınıb

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nazirliyin “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayında 84,5 min artım qeydə alınıb.

Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib.

Həmin məqsədlə nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?