19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-fevral aylarında ölkəyə idxal və ixrac edilən məhsullar açıqlanıb

Cari ilin yanvar-fevral aylarında ölkəyə idxal və ixrac olunan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin iki ayında ötən ilin yanvar-fevral ayları ilə müqayisədə mühüm məhsul növlərindən şəkərin ixracı 3,8 faiz, bitki yağları 2,7 dəfə, meyvə və tərəvəz konservləri 1,8 dəfə, meyvə və tərəvəz şirələri 34,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 2,2 dəfə, kartof 1,6 dəfə, pambıq lifi 16,1 faiz, polietilen 6,1 faiz, emal olunmamış alüminium 10,6 faiz, pambıq ipliyi 1,8 dəfə, qara metallardan borular 1,7 dəfə artıb.

Təzə meyvə ixracı isə 24,5 faiz, təzə tərəvəz 12,1 faiz, çay 10,7 faiz, tütün 47,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 73,1 faiz, bentonit gili 17,3 faiz azalıb.

Keçən ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin eyni aylarında bitki yağlarının idxalı 0,7 faiz, təzə meyvə 9,2 faiz, kartof 1,5 faiz, kərə yağı, digər süd yağları və pastaları 21,4 faiz, çay 20,3 faiz, mal əti 7,2 faiz, təzə tərəvəz 25,3 faiz, minik avtomobilləri 2,3 dəfə, dərman vasitələri 26,6 faiz, polad prokatı 45,6 faiz, qara metallardan borular 14,5 faiz, hesablama maşınları, blok və qurğuları 1,8 dəfə, qara metallardan çubuqlar 2 dəfə, rezin şinlər 5,1 faiz, yük avtomobilləri 1,9 dəfə, mebellər 0,4 faiz, avtobuslar 1,7 dəfə, polietilen 3,5 faiz, paltaryuyan maşınlar 12,5 faiz, məişət soyuducuları 1,7 dəfə artıb.

Hesabat dövründə buğda idxalı isə 60,7 faiz, quş əti və onun əlavə məhsulları 25,5 faiz, xam şəkər və şəkər 74,3 faiz, siqaret 88,1 faiz, mineral gübrələr 58,5 faiz, qara metallardan künclüklər 31,2 faiz, məişət kondisionerləri 66,1 faiz, sement və sement klinkerləri 12,3 faiz azalıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?