27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Postpandemiya dövründə Rəqəmsal Ticarət Qovşağının önəmi daha da artacaq

Ölkə başçısının “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə təsdiqlənən Tədbirlər Planınında rəqəmsal iqtisadiyyatın inkişafı da prioritet kimi müəyyənləşdirilib.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib.

O bildirib ki, son illər ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı, məsafədən biznesin aparılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Şübhəsiz ki, postpandemiya dövründə sahibkarlar fəaliyyət modullarını texnologiyayönümlü qurmaqla tətbiq etməyə başlayacaqlar. Bu da sahibkarların fiziki müstəvi olmadan öz fəaliyyətlərini onlayn və səmərəli təkilinə imkan verəcək.

“Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti əsasında artıq 2017-ci ildən ölkəmizdə “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (“Digital Trade Hub” - DTH) və “EnterpriseAzerbaijan” layihələri icar edilir. Yaradılan bu rəqəmsal ekosistem Azərbaycanın qeyri-neft sektorunun texnologiya əsaslı fundamentinin bəndlərini təşkil etmək potensialındadır. Belə ki, bu ekosistemdə həm sahibkar, həm investor, həm də iqtisadi münasibətlərin aparıldığı onlayn bazar (“Azexport”) nəzərə alınıb. Ekosistemi təsvir etsək, burada xarici vətəndaş “Digital Trade Hub” vasitəsilə mobil rezidentlik alaraq “EnterpriseAzerbaijan” portalında bəyəndiyi layihəyə və sahibkara investisiya edə bilər, və layihədən əldə edilən məhsulun daha sonra “Azexport” vasitəsilə xarici bazarlara çıxışını təmin edə bilər”, - deyə N.Əsədli qeyd edib.

Rəqəmsal Ticarət Qovşağının meneceri əlavə edib ki, hər 3 layihə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları əsasında təsis edilib. Layihələrin önəmini əslində onların fəaliyyəti zamanı əldə olunan ilkin nəticələrdən də anlaya bilərik. Belə ki, “Azexport” portalı fəaliyyət göstərdiyi müddətdə 1,7 milyard dollar dəyərində ixrac sifarişi həyata keçirib. Bu da “Made in Azerbaijan” brendinə olan marağı və əslində Azərbaycan məhsullarının xarici bazarlarda satış potensialını göstərir. Eyni zamanda, ölkəmizdə ilk dəfə bir startap layihəsi olan “EnterpriseAzerbaijan” portalı vasitəsilə dünyada bir nömrəli kraudfandinq platforması olan “Kickstarter”də yerləşdirilib. Bu da vətəndaşlarımızın öz ideyalarını maliyyələşdirmələri üçün 24 trilyon dollarlıq bir bazara giriş imkanının açılması deməkdir. “Azexport” və “EnterpriseAzerbaijan” layihələrilə yanaşı, “Digital Trade Hub” layihəsinin uğurlarını qeyd etmək lazımdır. Xüsusilə də dünyada Estoniyadan sonra ilk dəfə elektron və mobil rezidentlik təqdim edən “Digital Trade Hub” layihəsi burada böyük əhəmiyyət kəsb etməkdədir. Belə ki, layihənin təqdim edilməsindən bu yana artıq 25 ölkədən 60-dək elektron və mobil rezident Azərbaycanda məsafədən biznes əməliyyatları görmək üçün müraciət edib: “Yuxarıda qeyd edilən rəqəmlər bu gün dünyada baş alan koronavirus pandemiyasi, iqtisadi durğunluq və neft qiymətlərinin kəskin enməsi fonunda Azərbaycanda virusun yayılması sürətinin minimum səviyyədə saxlanılmasına paralel olaraq neft qiymətlərinin vurduğu zərəri kompensasiya etmək üçün alternativ alətlərin tətbiq edildiyini sübut edir. Bu gün dünyada yaşanan bu çağırışlar dövründə “Azexport”, “Digital Trade Hub” və “EnterpriseAzerbaijan” portallarının təqdim etdiyi xidmətlərə tələbin daha da artacağı və ölkəmizin təqdim etdiyi rəqəmsal həllərin dünya miqyasında istifadə potensialının maksimuma çatacağı artıq reallığa çevrilməkdədir. Azərbaycan təqdim etdiyi bu yeniliklərlə nəinki ölkədə, hətta dünyada kapital əsaslı iqtisadiyyatdan texnologiya əsaslı iqtisadiyyata keçidin önəmli pioneri olduğunu sübut edir”.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?