11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan iqtisadiyyatı təlatümlərə dayanıqlıdır

Hazırda həm koronavirusun yayılması ilə bağlı baş verənlər, həm neftin qiymətinin kəskin ucuzlaşması, həm də geosiyası vəziyyətlə əlaqədar dünya iqtisadiyyatında böyük ajiotaj müşahidə edilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov hesab edir ki, mövcud vəziyyət dünya iqtisadiyyatında yeni bir böhrana səbəb ola bilər: "Bütün bu proseslər, əslində, yeni böhran dalğasının yaxınlaşmasını diktə edir. Təsadüfi deyil ki, virusla bağlı Çindən başlanan ajiotaj psixoloji təsirlər göstərməklə yanaşı, dünya iqtisadiyyatındakı böhran dinamikasının da indikativ göstəricisi oldu. Düşünürəm ki, ABŞ-dakı prezident seçkilərindən sonra dünya iqtisadiyyatında böhran dalğasının mövcudluğunu daha bariz şəkildə hiss edəcəyik".

Elşad Məmmədov bildirib ki, son illər ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dünyada və regionda baş verən iqtisadi təlatümlərə dayanıqlı vəziyyətdədir: "Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyən tədbirlər həyata keçirilib və bunun nəticəsində qeyri-neft ixracında müsbət dinamika müşahidə edilir. Bununla belə, neftin qiymətinin hansı səviyyədə qalması bizim üçün son dərəcə önəmlidir, çünki neft Azərbaycanın əsas ixrac məhsuludur. Məncə, yalnız Azərbaycan iqtisadiyyatı deyil, iqtisadiyyatının əsas hissəsini neft gəlirləri təşkil edən bütün dövlətlər yaxın perspektivdə iqtisadi idarəetmə modellərində keyfiyyətcə yeni yanaşmalara getməlidirlər. Ötən ilin sonlarından Azərbaycanda başlanan sosial-iqtisadi islahatların fəlsəfəsi də əsasən məhz buna söykənib. Azərbaycanda real, qeyri-neft, qeyri-xammal sektorlarının inkişafı üçün geniş imkanlar mövcuddur".

Səbuhi TURAN

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?