19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro, kiçik və orta sahibkarların bank-maliyyə alətlərinə çıxışı dəstəklənəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə bağlanıb.

Memoranduma əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Ölkə ərazisində fəaliyyət göstərən banklar könüllülük prinsipi əsasında proqramda iştirak edəcək və bu memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək.

Sənədə əsasən, proqram iştirakçılarının müxtəlif bank-maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?