19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müddətin uzadılması banklardan əmanətlərin geri çəkilməsi prosesinin qarşısını aldı

Mart ayının 4-də əmanətlərin tam sığortalanması müddəti başa çatdığından bu müddətin yenidən artırılması ilə bağlı qərar qəbul olunub. Maliyyə Sabitliyi Şurası bu müddətin 9 ay, yəni bu ilin dekabr ayının 4-ə qədər uzadılmasını tövsiyə edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov əmanətlərin tam sığortalanması ilə bağlı müddətin uzadılmasının zəruri addım olduğunu bildirib: "Hazırda kommersiya banklarında əmanətlərin həcmi 8,5 milyard manat təşkil edir. Həmin vəsaitlərin banklarda qalmasını təmin etmək və əhalinin banklara inamını qorumaq üçün əmanətlərin tam sığortalanması ilə bağlı müddətin uzadılması zəruri idi.

Bəzi banklarda risk dərəcəsi yüksək olduğuna görə vətəndaşlarımız həmin banklardan öz vəsaitlərini götürməklə bağlı çətinliklə üzləşirdilər. Hətta əmanət müqaviləsinin uzadılması ilə bağlı problemlər var idi. Təbii ki, müddətin başa çatması əmanətçilər üçün narahatlıq yaradırdı. Bu baxımdan belə bir qərarın verilməsinə ciddi ehtiyac var idi. Müddətin uzadılması banklardan əmanətlərin geri çəkilməsi prosesinin qarşısını aldı.

Hazırkı dövrdə müddətin uzadılmasını düzgün addım kimi qiymətləndirən iqtisadçı Samir Əliyev isə qarşıdakı dövrdə əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: "Əmanətlərin tam sığortalanması bank sektorunda rəqabət mühitini pozur. Əhali öz əmanətini daha çox ilk beşlikdə və ya onluqda olan banklarda yerləşdirir.

Çünki bu banklarda risk səviyyəsi daha azdır. Nəticədə kommersiya banklarının 60-70 faizi əmanətdən kənar qalır. Bu isə əmanət bazarında təmərküzləşməyə gətirib çıxarır".

İqtisadçılar dekabrın 4-dən sonra əmanətlərin tam sığortalanması əvəzinə 100 min manatlıq limitin qoyulmasını təklif edir. Ümumi rəy belədir ki, limit qoyulması əmanət porfelinin banklar arasında paylanmasına şərait yaradacaq. Yəni 500 min manat əmanəti olan vətəndaş həmin vəsaiti bir bank əvəzinə 5 bankda yerləşdirməyə məcbur olacaq. Bununla həm dövlət əmanətləri limitsiz sığortalamır, böyük öhdəlik götürmür, həm də orta təbəqəyə mənsub olan əmanətçi vətəndaşların depozitləri sığortalanmış olur.

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?