23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elşad Məmmədov: "Struktur islahatlarına tələbat artacaq"

Elşad Məmmədov: "Struktur islahatlarına tələbat artacaq"

Sahibkarlar son dövrlərdə dövlətin onlara verdiyi güzəştlərdən yararlanaraq fəaliyyətlərini şəffaflaşdırmağa üstünlük verirlər. Bu, ilk növbədə onların büdcəyə ödədikləri vergidə və dövriyyələrin olduğu kimi göstərilməsində əks olundu. Rəsmi açıqlamaya görə, 2019-cu ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 7 milyard 672,6 milyon manat vergi daxil edilib. Həmin məbləğ əvvəlki illə müqayisədə 3 milyard 257,1 milyon manat çoxdur. Ödənilən vergilərin 70,8 faizi qeyri-neft-qaz sektorunun, 29,2 faizi neft-qaz sektorunun payına düşüb.

ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft-qaz sektorunun dövriyyələrində artımlar, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artması və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətləndiyini göstərir. İqtisadçı eskpert Elşad Məmmədov diqqəti Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas məqamlarına yönəldərək bildirib ki, indiki şəraitdə hökumətin qarşısında başlıca vəzifələrdən biri kimi fiskal siyasətin optimallaşdırılması dayanır: "Çünki vergi sistemində intizamın formalaşması, optimallaşmanın həyata keçirilməsi bir çox sosial layihələrin reallaşmasına şərait yaradır. Bu da öz növbəsində əhalinin sosial rifahına müsbət təsir göstərir. Bunu əhali öz həyatında da hiss edir: əlavə yığımların büdcədə formalaşması bır sıra sosial layihələrin reallaşmasına şərait yaradıb. Son illər həyata keçirilən iqtisadi siyasətin ən önəmli nəticələrindən biri məhz fiskal intizamın formalaşması ilə bağlıdır".

E.Məmmədov hesab edir ki, bu il də ölkə hökuməti üçün büdcə-vergi sistemində optimal siyasətin həyata keçirilməsi aktual olacaq. Bu prosesin reallaşdırılmasından sonra bütövlükdə iqtisadi inkişaf daha intensivləşəcək, iqtisadi siyasətin daha qabaqlayıcı formatda reallaşdırılması üçün ciddi kompleks, eyni zamanda sistemli və struktur islahatlara tələbat artacaq: "Bu gün fiskal intizamın gücləndirilməsi nəticəsində əlavə büdcə vəsaitlərinin, büdcə gəlirlərinin formalaşması prosesi müşahidə olunur. Bu isə bir sıra sosial yönümlü, eyni zamanda investisiya yönümlü layihələrin reallaşmasına şərait yaratmaqdadır".

Fərqanə ALLAHVERDİQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?