24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə yaşayış sahələrinin siyahısını genişləndirib

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə yaşayış sahələrinin siyahısını genişləndirib

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə yaşayış sahələrinin siyahısını genişləndirib. Fonddan bildirilib ki, ilkin mərhələdə fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunub. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb. Əhalinin tələbini nəzərə alaraq fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir. Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu link “http://mcgf.az/menu/202” vasitəsilə tanış olmaq mümkündür.
Həmçinin bu gündən İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb. Gün ərzində 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir.
Xatırladaq ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı mərkəzinə zəng etməklə təlimatla tanış olmaqla əldə etmək mümkündür.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?