24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ARDNF-nin vəsaitləri son 10 ildə 90 faiz artıb

Son 10 il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri pik nöqtəsinə çataraq 43.323 mln. ABŞ dolları təşkil edib. ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2010-cu ildən (22 767 mln. dollar) 2019-cu ilədək fondun vəsaitləri 90,3 faiz artıb. Məlumata əsasən, fondun investisiya portfeli üzrə gəlirliliyi 2010-cu ildən (0,99%) 2019-cu ilədək (5,29%) 5,3 dəfə artıb.

Qeyd edək ki, ARDNF aktivləri 43,3 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilin əvvəlinə olan göstəricisi (38,5 mlrd. dollar) ilə müqayisədə 12,5 faiz çoxdur.

Ötən il 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsində xam neftin orta illik ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulmuşdu. Beynəlxalq bazarlarda isə neftin qiyməti bu göstərici ilə müqayisədə yüksək olub və ortaçəkili satış qiyməti 64 dollar təşkil edib. Bu da öz növbəsində ARDNF-in sterilizasiya və yığım funksiyalarının effektiv icrasına, valyuta ehtiyatlarının artırılmasına əlverişli şərait yaradıb.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”