8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" layihəsi müzakirə olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi" layihəsinə dair tədbir keçirilib. KOBİA-dan bildirilib ki, İqtisadiyyat, Ədliyyə və Maliyyə nazirliklərinin, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İslam İnkişaf Bankının, İslam Maliyyəsi üzrə Məsləhət və Zəmanət Təşkilatının ekspertləri tərəfindən alternativ maliyyələşdirmə alətlərindən olan İslam bankçılığı ilə bağlı məlumat verilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında sahibkarlıq subyektlərinin alternativ maliyyə imkanlarının genişləndirilməsi məqsədilə 2017-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında "Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazişi" imzalanıb. KOBİA saziş üzrə məsul icraçıdır.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?