17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOBİA daha bir yeniliyə imza atıb

KOBİA daha bir yeniliyə imza atıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib. KOBİA-dan verilən məlumata görə, 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) nəzdində fəaliyyət göstərən INSME sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirir. Mənzil qərargahı İtaliyada yerləşən təşkilatın missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında texnologiyalar və təcrübə mübadiləsini asanlaşdırmaq, bu sahədə qabaqcıl metodologiya və mexanizmləri, dövlət-özəl dialoqunu təşviq etmək, beynəlxalq tərəfdaşlığı genişləndirməkdir.

KOBİA-nın INSME-yə üzv olması KOB sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqinə, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar və KOB subyektləri arasında effektiv əlaqələrin qurulmasına, kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?