24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda hibrid avtomobillərin istehsalı istiqamətində iş adamları ilə müzakirələr aparılır

"Nazirlər Kabinetinin ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə verdiyi qərar hökümət tərəfindən bu sahəyə ciddi dəstəkdir". Bu barədə "Report"a açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O vurğulayıb ki, Azərbaycanda avtomobil sənayesi yenidən qurulur: "Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə həyata keçirilən avtomobil layihələrinə sahibkarların marağı böyükdür. Bununla yanaşı, sahibkarlarla müzakirə edilən digər layihələr də var. Bu sahəyə maraq var və hökümət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndiriməlidir. Bu qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, eyni zamanda sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərarlardır".

Azərbaycanda hibrid avtomobillərin istehsalı üçün zaman lazım olduğunu deyən nazir müavini bildirib ki, bunun üçün kifayət qədər böyük investisiya, texnologiya tələb olunur: "Bu məsələ də gündəmdədir. İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları ilə bu məsələləri müzakirə edir. Buna zaman lazımdır. Bu, ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi təlabat olmalıdır. Ölkədə istifadə olunan hibrid avtomobillərinin əksəri yeni deyil, ona görə də qiymətləri aşağıdır".

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”