6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dizel yanacağı və avtomobil benzininin istehsalı artıb

Yanvarda Azərbaycanda 203,1 min ton dizel yanacağı, 121,9 min ton avtomobil benzini, 23,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 55,2 min ton ağ neft, 12 min ton yanacaq mazutu, 4,1 min ton sürtkü yağları, 14,7 min ton neft bitumu və 20,8 min ton neft koksu istehsal olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 milyon manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,3 faiz artıb.

Neft bitumunun istehsalı 2,5 dəfə, yanacaq mazutunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 2,2 dəfə, dizel yanacağının istehsalı 21,5 faiz, avtomobil benzininin istehsalı 15,3 faiz, ağ neftin istehsalı 12,7 faiz artıb.

Neft koksunun istehsalı 1,4 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 10,1 faiz azalıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?