17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda biznesin təşkili imkanları, korporativ və vergi xüsusiyyətləri İtaliyada təqdim olunub

Azərbaycanda biznesin təşkili imkanları, korporativ və vergi xüsusiyyətləri İtaliyada təqdim olunub

Fevralın 17-də Florensiya şəhərində İtaliya-Azərbaycan Ticarət Palatasının üzvləri ilə "Life Beyond Tourism" hərəkatının təmsilçiləri arasında görüş keçirilib. "Azərbaycan və İtaliya istehsalı: kiçik və orta sahibkarlıq üçün stimul və imkanlar" mövzusunda təşkil olunan görüşdə qarşılıqlı iş imkanları və biznes əlaqələri müzakirə edilib. Müzakirələr zamanı yarmarka və sərgilərin təşkili məsələləri də gündəmdə olub.

İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Marina Traldi "Azərbaycanda biznesin təşkili" adlı təqdimatında iştirakçılara ölkəmizdəki iqtisadi icmal, kommersiya, korporativ və vergi xüsusiyyətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycanda sonsuz imkanlar var və İtaliya ilə ikitərəfli münasibətlər də yüksək səviyyədədir: "Bu bizə enerji sektorundan kənara çıxmağa və Azərbaycan iqtisadiyyatının şaxələnməsinə töhfə verməyə imkan yaradır".

İtaliya-Azərbaycan Ticarət Palatası ilə görüş "Life Beyond Tourism Travel to Dialogue" hərəkatının müxtəlif ölkələrin mədəniyyəti ilə tanış olmaq və əlaqələr yaratmaq üçün həyata keçirdiyi layihənin bir hissəsidir. Layihə çərçivəsində Azərbaycan Florensiyada keçiriləcək 22-ci "Sülhün mənəvi miraslarla möhkəmlədirilməsi" beynəlxalq forum və sərgisində iştirak edəcək.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?