4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar aşağı faizlə uzun müddətli biznes kreditləri təklif etməlidir

Bank sistemi iqtisadiyyatın əhəmiyyətli aparıcı qüvvələrindən biri hesab olunur. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bank sektorunun ölkənin inkişafına tam effektiv təsir göstərməməsini irad tutdu.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisadçı Elçin Süleymanov bank sektorundakı hazırkı vəziyyəti şərh edib. Onun sözlərinə görə, 2019-cu ildə bankların faiz gəlirləri kifayət qədər yüksək olub: "Ölkənin dörd iri bankının təkcə faiz gəliləri 1 milyard manatdan çox olub. Onlar müvafiq olaraq 480 milyon manat, 430 milyon manat, 200 milyon manat və 120 milyon manat gəlir əldə ediblər. Daha sonrakı 4 bankın hər birinin faiz gəlirləri 50-100 milyon manat arasında olub. Digər banklar isə 10-50 milyon manat həcmində faiz mənfəəti əldə ediblər. Ölkədə 30 bank fəaliyyət göstərir, onlardan sadəcə birinin faiz gəliri yoxdur. Ən aşağı faiz gəliri olan banklar isə əcnəbi ölkələrin Azərbaycandakı bank filiallarıdır.

Son 3 ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlət real sektora iki milyard manatdan artıq kredit verib. Amma bankların kredit portfelinə baxdıqda məlum olur ki, verilən kreditlərin əhəmiyyətli hissəsini, təxminən 60-70 faizini istehlak kreditləri təşkil edir. Banklar əhalidən 8,6 milyard manat əmanət qəbul edib, kreditlərin həcmi isə 12,3 milyard manat olub. Kreditlərin 9 milyard manata yaxını istehlak kreditidir və qısa müddətlidir. Ölkə başçısının arzu etdiyi və real iqtisadiyyatın da tələb etdiyi isə uzun müddətli, qismən aşağı faizli biznes kreditlərinin verilməsidir.

Digər bir problem isə regionlarda verilən kredit faizlərinin paytaxtla müqayisədə yüksək olmasıdır. Bu, başa düşüləndir, çünki regionlarda rəqabət aşağıdır, bölgələrdə fəaliyyət göstərən bankların sayı və təklif olunan məhsul çeşidi nisbətən azdır. Bundan başqa, regionlarda sahibkarların ən çox üzləşdiyi problem girovla bağlıdır. Banklar regionlarda təqdim olunan girovları qəbul etmirlər, onlar paytaxda və digər iri şəhərlərdə yerləşən daşınmaz əmlakın girov qoyulmasını tələb edirlər. Sahibkarlara tövsiyə edirəm ki, fərdi sahibkar kimi yox, kooperativ şəklində fəaliyyət göstərsinlər. Onlar kənd təsərrüfatı koperativi şəklində şirkətləşsələr, banklar tərəfindən daha ciddi oyunçu kimi qəbul olunarlar".

Səbuhi TURAN

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması