1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq

İranın Rusiya və digər MDB dövlətləri ilə idxal-ixrac əməliyyatlarının 70 faizi Xəzər dənizi sahilindəki limanlar vasitəsilə həyata keçirilir. Bu sözləri İranın Gilan vilayətinin valisi Ərsalan Zare deyib. O bildirib ki, vilayətin dəniz sahilində yerləşməsi Xəzəryanı dövlətlərlə ticarət əlaqələrinin inkişafına böyük imkan yaradır.

Ə.Zare diqqətə çatdırıb ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu Gilan vilayətindən keçərək Azərbaycana, oradan isə Rusiya və Avropaya qədər uzanacaq. Dəmir yolu istifadəyə verildikdən sonra Gilan vilayəti ilə Azərbaycan arasındakı idxal-ixrac əməliyyatlarının həcmi artacaq. Bununla yanaşı, İranın cənubundakı vilayətlər də bu yoldan səmərəli istifadə edərək, ticarət əlaqələrini genişləndirə biləcəklər.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi ötən ilin martında istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirəcək.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?