14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bütün şirkətlərin fəaliyyəti rəqabət mühitinə uyğun olmalıdır

Ötən il ölkəmizdə ümumi daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft sektorunda bu artım 3,5 faiz olub. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı isə 14 faiz artıb. Valyuta ehtiyatları 51 milyard dollara çatıb.

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, 2015-ci ildə baş verən iki devalvasiya hadisəsindən sonra iqtisadiyyatda bir durğunluq baş vermişdi. Bunun aradan qaldırılması üçün 2016-cı ildə iqtisadiyyatın ümumi inkişafı ilə bağlı strateji yol xəritələri hazırlandı. 2017-ci ildə aparılan işlər və 2018-ci ildə iqtisadiyyatda müşahidə edilən canlanmanın ötən ildə davamını gördük.

Ölkədə əlverişli investisiya mühiti, sahibkarlığın inkişafı, makroiqtisadi stabillik, o cümlədən maliyyə sabitliyi yaranıb. Maliyyə sabitliyi baxımından milli valyutanın formalaşmış məzənnəsinin sabit saxlanması vacib şərtlərdən biridir. Ölkənin valyuta ehtiyatlarının artırılması maliyyə stabilliyinin qorunub saxlanması ilə əlaqədardır. 2019-cu ildə ehtiyatların 51 milyard dollara çatması, ilk növbədə, büdcə vəsaitlərinin qənaətli xərclənməsi hesabına formalaşıb. Son dövrlərdə büdcə və qeyri-büdcə gəlirlərinin və xərclərinin arasında əlaqələrin təmin olunması və xərclərdə qənaətlilik ön plana çəkilib. Bütün bunlar müsbət qiymətləndirilməlidir.

Bunlarla bərabər, daha artıq iqtisadi inkişafa nail olmaq üçün bir sıra işlərin görülməsinə ehtiyac var. İlk növbədə, rəqabət mühitinin tam formalaşdırılması vacibdir. Bu gün rəqabət mühitinin, şəffaflığın, bərabər bazar şərtlərinin formalaşmasında bir sıra problemlər ortaya çıxır. Ona görə də bazarda qeyri-rəqabət metodlarından yararlanıb üstünlüyə nail olmaq istəyən şirkətlərin fəaliyyəti rəqabət mühitinə uyğunlaşdırılmalıdır. "Kölgə iqtisadiyyatı"nın payının azaldılması üçün öz korporativ maraqlarından çıxış edən sahibkarlıq subyektlərinin fəaliyyətinin məhdulaşdırılması daha da dərinləşdirilməlidir. Onlar şəffaf və açıq bazar metodları ilə işləyən sahibkarlıq subyektlərinə mane olamamalıdır.

Məhkəmə sistemində islahatların aparılması zəruridir. Sahibkarlıq subyektləri rəqibləri tərəfindən qeyri-bazar metodları ilə hansısa təzyiqlərə məruz qalmalarını və ya məhsulların, xidmətlərin satışında qarşılaşdırları problemlərini aradan qaldırmağa qanun çərçivəsində nail olacaqlarına inanmalıdırlar. Bazarda iş və xidmətlər təklif edən dövlət qurumlarının həmin səlahiyyətləri getdikcə azaldılmalı və özəl sektora ötürülməlidir. Bazar mexanizmlərinin işlənməsi üçün, ölkə başçısının da qeyd etdiyi kimi, ictimai nəzarət formalaşmalıdır. Bunun əsas şərti ictimaiyyətin təşkilatlanmasıdır. İctimai təsisatların rolu genişlənməlidir. Bazar iqtisadiyyatının regionlarda və Bakıda paralel şəkildə inkişafı prosesinin həyata keçirilməsinə ictimai nəzarət gücləndirilməlidir.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?