25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya yatırıb

Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya yatırıb

"Hazırda Azərbaycanda 45-dən çox Fransa şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və xidmət sahələrində fəaliyyət göstərir". Bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu günə qədər Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya yatırıb: "Xüsusilə 4-cü sənaye inqilabı şəraitində əlavə Fransa şirkətlərinin Azərbaycana cəlb edilməsi üçün imkanlar var. Hazırda dünyanın 500 iri şirkətindən 28-i Fransada yerləşir. Onlar müxtəlif sahələrdə dünya liderləridir və mən düşünürəm ki, Fransa sahibkarları ilə görüşlərin keçirilməsi Azərbaycana Fransa kapitalının axınını təmin etmək deməkdir. Digər tərəfdən isə bu, Azərbaycana yeni texnologiyaların gətirilməsi və insan kapitalının inkişafı, yeni iş yerlərinin yaradılması, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin və ixrac imkanlarının artırılmasına dəstək verəcək".

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması