30 Noyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kiçik və orta biznesin stimullaşdırılması ilə bağlı mühüm tədbirlərə ehtiyac var

"2019-cu ildə Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatların ən mühüm seqmenti sosial sahə idi. Həm minimum əməkhaqqı, həm orta aylıq əməkhaqqı indikatorları, təqaüdlər, bütövlükdə sosial ödənişlər üzrə müsbət dinamikanın şahidi olduq".

Ötən ilin iqtisadi göstəricilərini şərh edən iqtisadçı ekspert Elşad Məmmədov sosial layihələrin əhalinin geniş təbəqələrinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb: "Digər tərəfdən, islahatlar daxili bazarların genişləndirilməsi və bunun vasitəsilə iqtisadi inkişafın stimullaşdırılmasına yönəldildi. 2019-ci ildə institutsional və struktur islahatların da hədəfi iqtisadi inkişafın stimullaşdırılması ilə bağlıdır.

Yaxın perspektivdə kiçik və orta biznesin inkişaf etdirilməsi vacibdir. 2019-cu və 2020-ci ilin büdcələri Azərbaycanın yeni tarixində öz həcminin böyüklüyünə və sosial yönümünə görə fərqlənir. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarovun son müşavirədəki çıxışına nəzər yetirsək, görərik ki, orta və kiçik biznesin inkişafı hökumətin hədəfindədir. Bu, təsadüf deyil. Hesab edirəm ki, kiçik və orta biznesin inkişafı, klasterlərin yaradılması olduqca zəruridir. Ancaq bu o anlama gəlməməlidir ki, iri biznes subyektlərinin inkişafı ilə bağlı hansısa tədbirlərin həyata keçirilməsinə zərurət yoxdur. Əslində, orta və kiçik biznes müəyyən mənada iri bizneslə əməkdaşlıq edərək sistemli bağlılıq şəraitində inkişaf etməlidir. Bunun üçün də kiçik və orta biznesin stimullaşdırılmasına ehtiyac var.

Klasterlər şəklində həm ixraca, həm də daxili bazarlara, ilk növbədə, istehlak bazarına yönəlik güclü kiçik və orta biznes təbəqəsinin formalaşması, turizmin inkişafı günün tələbidir. Saxələndirilmiş, istehlakçıların müxtəlif seqmentlərinə istiqamətlənmiş regional məzmuna uyğun turizmin inkişafını əhatə edən siyasət formalaşdırılmalıdır.

Dövlət başçısının bank sektoruna bildirdiyi iradlar son dərəcə mühüm və obyektivdir: banklar faktiki olaraq real sektorun maliyyələşməsinə istiqamətlənməli, onların milli iqtisadiyyatımızın artımına çox ciddi töhfəsi olmalıdır. Ona görə də 2020-ci ildə investisiyaların artımı, innovativ investisiya siyasətinin reallaşdırılması nöqteyi-nəzərdən iqtisadiyyatımızın maliyyə seqmentində, bank sektorunda və pul-kredit seqmentində ciddi, ardıcıl islahatların həyata keçirilməsinə şərait yaranıb. Düşünürəm ki, bu il maliyyə-kredit seqmentində reallaşdırılan islahatlar bütövlükdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların sistemliliyinə, strukturun məzmunluluğuna və kompleksliliyinə xidmət etməlidir".

Fərqanə ALLAHVERDİQIZI

VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi? VergiOnlayn NKA-lar vasitəsilə dövriyyə 18 mlrd. manata yaxın olub VergiAktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb İqtisadiyyatƏmək müqavilələrinin sayı 1 mln. 790,8 minə çatıb