18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Füzuli rayonunda məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılıb. KOBİA-dan bildirilib ki, yanvarın 22-də çörək, şirniyyat və inkubator sexləri, gözəllik salonu, damazlıq keçi və qoyunçuluq təsərrüfatlarının istifadəyə verilməsi ilə bağlı Füzuli rayonunda tədbir keçirilib.

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi, "Sosial Tərəqqi" İctimai Birliyi tərəfindən icra edilən və KOBİA-nın dəstək göstərdiyi "Qadınlara gender əsaslı iqtisadi dəstək" layihəsi çərçivəsində icra olunan biznes layihələrin hər biri 5.000 avro dəyərində avadanlıqlarla təchiz edilib.

Biznes sahələrinin yaradılması üçün əvvəlcə qadın icmalara gender və biznesin inkişafı mövzularında təlimlər keçirilib və 5 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılıb. Biznes sahələri bu MMC-lər tərəfindən Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdığı 1, 6 və 9 saylı Qayıdış, Fin və 3 saylı Zobucuq qəsəbələrində yaradılıb.

Qeyd edək ki, 2019-2020-ci illəri əhatə edən "Qadınlara gender əsaslı iqtisadi dəstək" layihəsinin icrası məqsədilə qadın icmaların iştirakı ilə MMC-lərin yaradılması, müvafiq biznes layihələrinin seçilməsi üçün KOBİA-nın Qəbələ-Oğuz və Füzuli üzrə KOB dostlarının, BMT İnkişaf Proqramının, "Sosial Tərəqqi" İctimai Birliyinin təmsilçiliyi ilə komissiya formalaşdırılıb. Komissiya tərəfindən məcburi köçkün qadın qrupları tərəfindən təqdim edilmiş 10 biznes layihəsi arasında qiymətləndirmə aparılıb və onlardan 5-i dəstək göstərilməsi üçün seçilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri