11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramı fəaliyyətə başlayıb

"Scale Up" akselerator proqramı "Azərbaycan İşgüzar Qadınları" təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi, PAŞA Bank və "PwC Azerbaijan" şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.

Proqramın əsas məqsədi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara bizneslərini daha uğurla idarə etmək üçün zəruri biliklər vermək, eləcə də onların ölkə iqtisadiyyatının inkişafındakı rolunu və təsirini artırmaqdır.

"Scale Up" akselerator proqramına 18 müraciət qəbul edilib. Həmin layihələrin müəllifləri 6 həftə boyunca kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar üçün hazırlanmış xüsusi maarifləndirici proqramda iştirak etmək hüququ qazanıb. Proqrama seçilən qadınlar əsasən turizm, təhsil, biznes məsləhətçiliyi, qida və dəb sənayesində bizneslərini quracaqlar. "Azərbaycan İşgüzar Qadınları" təşkilatının təsisçisi Tatyana Mikayılova dəyişikliklərin idarə edilməsini müasir qadının həm işində, həm də bütövlükdə cəmiyyətdə uğurlu olmasını təyin edən bacarıq adlandırıb: "Bu səbəbdən də biz biznes üçün vacib olan kommunikasiya, rəqəmsal transformasiya, vençur sərmayələri kontekstində maliyyə, əqli mülkiyyət hüquqları və şəxsi məşqçilik kimi amilləri əhatə edən yeni bir proqram yaratmışıq".

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?