24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir

Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir

2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxili bazar araşdırmaları üzrə KOB subyektlərindən daxil olmuş 8 müraciətə müsbət qərar verilib. KOBİA-dan bildirilib ki, müraciətlər daxili bazar araşdırmasının aparılması üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq prosedurdan sonra konsaltinq şirkətlərinə yönləndirilib. Daxili bazar araşdırmaları birdəfəlik plastik və kağız qabların, alüminium folqadan qapaqların, fındıq və quru meyvə batonlarının, kağız məmulatların və termal kağızların, mühafizə üçün texnoloji avadanlıqların istehsalı, eləcə də süd və süd məhsulları üçün avadanlıqlar, çörək istehsalı, turizm sektorunda nəqliyyat xidməti sahələrini əhatə edir.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar bu barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması