2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2019-cu ildə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,1 faizini təşkil edib

2019-cu ildə Azərbaycan 605,816 milyon ABŞ dolları dəyərində 628,51 min ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 46,188 milyon dollar (8,25%) və 7,481 min ton (1,2%) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,1 faizini təşkil edib. Belə ki, 2019-cu ildə Azərbaycan xarici ölkələrə 174.548 min ton tomat ixrac edib. İxrac edilən tomatın ümumi dəyəri 189,292 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 1 faizini təşkil edib.

Ötən il ərzində Azərbaycan 22,639 min ton meşə fındığı da ixrac edib. Bu növ məhsulun ixracından əldə edilən gəlir isə 125,621 min dollar olub. Meşə fındığı ixracı ölkəmizin ümumi ixracının 0,6 faizini təşkil edib. Həmçinin ötən il ərzində Azərbaycan alma ixracından 40,986 milyon dollar gəlir əldə edib. Azərbaycan almasının ixracının həcmi isə 96,892 min ton olub ki, bu da ümumi ixracda 0,2 faiz pay deməkdir.

Bundan başqa, 2019-cu il ərzində Azərbaycan 146,076 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 104,660 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,5 faiz paya malik olub.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ