10 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabahdan kirayə mənzil mexanizminə müraciətlərin qəbuluna başlanılır

Kirayə mənzil mexanizminə müraciətlərin qəbuluna yanvarın 22-dən başlanacaq. İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, Azərbaycan Prezidentinin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.

Müraciətlər "Elektron Hökumət Portalı" (www.e-gov.az) üzərindən fondun "Elektron ipoteka və kredit zəmanət sistemi" (EİKZS) vasitəsilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya "ASAN İmza") istifadə etməklə həyata keçiriləcək. Elektron imzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, "ASAN İmza"nı isə "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar. Şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən ("www.mcgf.az"), eləcə də "1549" Çağrı mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı sistemdə yerləşdirilmiş yazılı və ya videotəlimatla tanış olmaqla əldə etmək mümkündür.

Vətəndaşlar fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla "www.mcgf.az" saytı vasitəsilə tanış ola bilərlər.

VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır?