10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keçən il bank sektoru üçün problemlərin həlli ilə əlamətdar oldu

2019-cu il Azərbaycanın bank sektoru üçün uğurlu nəticələr və problemlərin həlli ilə yadda qaldı. Prezident İlham Əliyev minlərlə vətəndaşın əziyyət çəkdiyi problemli kreditlər məsələsinə son qoydu.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisadçı Elçin Süleymanov bildirib ki, problemli kreditlər məsələsinin həllini dövlətin öz üzərinə götürməsi bank sektorunun, eləcə də ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərdi: “Ölkə başçısının imzaladığı fərmanla 10 min dollaradək olan kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsi hesabına ödənildi. Vətəndaşların borclarının üzərinə gələn faizlər silindi, kreditlər restrukturizasiya olundu. 800 mindən çox insanı əhatə edən bu qərar bank sektoru üçün də əhəmiyyətli oldu. 640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən bankların hesablarına köçürüldü.

Hazırda bankların 13 milyard manatlıq kredit porteli var. Burada istehlak kreditlərinin payı daha çoxdur. Banklar qısa müddətdə daha çox gəlir əldə etmək istəsələr də, istehlak kreditlərinin həcminin artması gələcəkdə “problemli kreditlər” məsələsini yenidən gündəmə gətirə bilər. Ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi, iqtisadiyyatın inkişafı üçün bankların daha çox biznes kreditlərinə üstünlük verməsi arzuolunandır.

2019-cu il Azərbaycanın bank sektorunun sağlamlaşdırılması, güclənməsi və beynəlxalq rəqabət qabiliyyətili maliyyə qurumlarına çevrilməsi dövrü kimi xaraketrizə oluna bilər. Ölkə başçısının 2020-ci il üçün göstərdiyi hədəflər vəziyyətin daha da yaxşılaşdıracağını deməyə əsas verir. Dövlətin göstərdiyi dəstək ilə banklarımızın regional maliyyə oyunçularına çevriləcəyinə inanıram”.

2019-cu il ərzində Azərbaycanın valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatıb. Həmçinin ötən il Mərkəzi Bankın valyuta ehtiyatlarında da 630 milyon dollar səviyyəsində artım qeydə alınıb. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Elçin Süleymanov vurğulayıb ki, bütün bunlar manatın məzənnəsinin hələ uzun müddət sabit qalacağını deməyə əsas verir.

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?