19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Türk axını" və Cənub Qaz Dəhlizi layihələri bir-birinə rəqib deyil

Rusiyadan qazın Türkiyə və Cənub-Şərqi Avropa ölkələrinə ötürülməsini nəzərdə tutan "Türk axını" qaz kəməri Azərbaycan qazının satışına heç bir təsir göstərməyəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, "Türk axını" və Cənub Qaz Dəhlizi layihələri bir-birinə rəqib hesab oluna bilməz: hər layihənin öz bazarı, öz istehlakçısı var. Hətta eyni ölkələrə satılsa belə, Azərbaycan və Rusiyanın reallaşdırdığı layihələri qarşı-qarşıya qoymaq reallığı əks etdirmir: "Məzələn, Rusiya Türkiyə bazarına daha əvvəl – 1986-cı ildə çıxıb. Biz isə Türkiyəyə 2007-ci ildən qaz ixrac edirik. Türkiyənin "Botaş" və Rusiyanın "Qazprom" şirkətləri aralarında bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq qaz alıb-satırlar. Azərbaycanın isə öz müqaviləsi var və həmin şərtlər çərçivəsində hərəkət edir. Bunların biri digərinin bazarına girmir.

2020-ci ildən Azərbaycan qazı Avropaya ixrac olunacaq. Bolqarıstan, Yunanıstan, İtaliya ənənəvi olaraq Rusiyadan qaz idxal etsələr də, bu ildən Azərbaycan qazını da tədarük edəcəklər. Bu, Rusiyanın maraqlarına qətiyyən zidd deyil və rəsmi Moskva dövrün enerji ticarətindəki vəziyyəti yaxşı bilir, ona görə də baş verənlər normal qəbul olunur".

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?