Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, "Türk axını" və Cənub Qaz Dəhlizi layihələri bir-birinə rəqib hesab oluna bilməz: hər layihənin öz bazarı, öz istehlakçısı var. Hətta eyni ölkələrə satılsa belə, Azərbaycan və Rusiyanın reallaşdırdığı layihələri qarşı-qarşıya qoymaq reallığı əks etdirmir: "Məzələn, Rusiya Türkiyə bazarına daha əvvəl – 1986-cı ildə çıxıb. Biz isə Türkiyəyə 2007-ci ildən qaz ixrac edirik. Türkiyənin "Botaş" və Rusiyanın "Qazprom" şirkətləri aralarında bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq qaz alıb-satırlar. Azərbaycanın isə öz müqaviləsi var və həmin şərtlər çərçivəsində hərəkət edir. Bunların biri digərinin bazarına girmir.
2020-ci ildən Azərbaycan qazı Avropaya ixrac olunacaq. Bolqarıstan, Yunanıstan, İtaliya ənənəvi olaraq Rusiyadan qaz idxal etsələr də, bu ildən Azərbaycan qazını da tədarük edəcəklər. Bu, Rusiyanın maraqlarına qətiyyən zidd deyil və rəsmi Moskva dövrün enerji ticarətindəki vəziyyəti yaxşı bilir, ona görə də baş verənlər normal qəbul olunur".
Səbuhi TURAN