5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 14 yerli turizm şirkəti yanvarın 8-dən Hindistanın Nyu-Dehli şəhərində keçirilən və bu gün başa çatacaq "SATTE 2020" sərgisində iştirak edir. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, beynəlxalq sərgidə Azərbaycanın turizm imkanları 144 kvadratmetr sahəni əhatə edən stendlə təbliğ olunur. Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkətlərlə digər xarici turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Sayca 27-ci dəfə təşkil olunan "SATTE 2020" sərgisində dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın 105 şəhərindən 1.000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 66,8 faiz artım deməkdir.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması